Pakistanda məscidə edilən bombalı hücumda 4 nəfər yaralanıb

Pakistanın Hayber-Paxtunxva əyalətində məscidə edilən bombalı hücumda aralarında İslam Üləmaları Cəmiyyətinin (JUI-F) regional sədri Abdullah Nadim də daxil olmaqla 4 nəfər yaralanıb.
"Dawn" qəzetinin məlumatına görə, polis məmuru Asif Bahadır vilayətin Cənubi Vəziristan rayonunda Mövlana Əbdül Əziz məscidinin minbərində gizlədilən əldəqayırma partlayıcı qurğunun partladığını bildirib.
Bahadır JUI-F Regional sədri Nadim və 3 partiya üzvünün partlayışda yaralandığını, yaralıların isə müalicə üçün Regional Mərkəzi Xəstəxanaya aparıldığını bildirib.
Hücumla bağlı istintaqın başladıldığı bildirilib.