Pakistanda deputatlığa namizəd silahlı hücumda ölüb


Pakistanın Hayber-Paxtunxva əyalətində parlamentə namizəd Kelimullah Xan və onun 2 mühafizəçisi silahlı hücumda həlak olub.



"Dawn" qəzetində yer alan xəbərə görə, Hayber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində naməlum şəxslər fevralın 8-də keçiriləcək ümumi seçkilərdə deputatlığa namizəd olan Kəlimullah Xanın maşınına silahlı hücum edib.

Səlahiyyətlilər Han və 2 mühafizəçisinin həyatını itirdiyini açıqladyıb.

Qeyd edək ki, Xan Şimali Vəziristan bölgəsindən parlamentə müstəqil namizəd idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu