Pakistanda partlayış nəticəsində 6 nəfər öldü
Pakistanın şimal-şərqindəki Hayber Paxtunxva əyalətinin Şanqla bölgəsində törədilən bombalı hücum nəticəsində 5-i çinli olmaqla 6 nəfərin öldüyü bildirilib.
Şanqlada polis məmuru Bakhat Zahir hücumla bağlı açıqlama verib.
Zahir bildirib ki, hücum partlayıcı ilə dolu avtomobilin başqa bir avtomobilə çırpılması ilə həyata keçirilib.
Hücum nəticəsində 5 çinli sərnişinlə yanaşı, nəqliyyat vasitəsinin sürücüsü də həlak olub. Sərnişinlərin inşaat işçiləri və mühəndislər olduğu bildirilib.