Günəş istiliyi zəlzələlərə səbəb olur


Alimlər günəşdən gələn istiliyin atmosfer temperaturunun dəyişməsinə və bunun da seysmik aktivliyə səbəb olduğunu müəyyən ediblər.



Yaponiyanın Tsukuba Universiteti və Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları Milli İnstitutunun tədqiqatçıları “Chaos” elmi jurnalında dərc olunan yeni araşdırmaya əsasən, günəş istiliyinin Yerin tektonik aktivliyinə mümkün təsirlərini araşdırıblar.

Tədqiqatçılar zəlzələ məlumatları, günəş aktivliyi və səth temperaturu əsasında riyazi modelləri tətbiq etməklə müşahidə ediblər ki, günəş istiliyi atmosfer temperaturunda dəyişikliklərə səbəb olur ki, bu da süxurların xüsusiyyətlərinə və yeraltı suların hərəkətinə təsir göstərə bilər.

Tədqiqat qrupundan Matheus Henrique Junqueira Saldanha günəşdən gələn istiliyin atmosferin temperaturunu artıra biləcəyini, qayaları kövrək və çatlamağa meyilli etdiyini vurğulayıb.

Saldanha həmçinin qeyd edib ki, günəşdən gələn istilik yeraltı suların hərəkətinə səbəb ola və tektonik plitə sərhədlərində təzyiqi dəyişdirə bilər.

"Bu məntiqlidir, çünki istilik və su daha çox yer qabığının yuxarı təbəqələrinə təsir edir. Bu amillər zəlzələlərin əsas hərəkətverici qüvvəsi olmasa da, seysmik aktivliyi proqnozlaşdırmağa kömək edə bilər", - Saldanha deyib.

Digər tərəfdən, bu araşdırmanın səthə yaxın zəlzələlərin proqnozunu asanlaşdıra biləcəyi ifadə edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu