Yerin maqnit sahəsi Ayın səthində suyun əmələ gəlməsinə təsir göstərə bilər


ABŞ tədqiqatçıları müəyyən ediblər ki, Yerin maqnit sahəsindən qopan yüksək enerjili elektronların Ayın səthində suyun əmələ gəlməsinə də təsiri ola bilər.


Havay Universitetinin tədqiqatçıları Hindistanın 2008-2009-cu illərdə tamamlanan "Çandrayaan-1" missiyası zamanı Ayın səthi haqqında toplanmış məlumatlardan istifadə ediblər.

Günəş küləklərinin Ayın və digər havasız göy cisimlərinin səthində hidroksid və suyun əmələ gəlməsinin əsas mexanizmi olduğunu bildirən tədqiqatçılar, Yerin maqnit qalxanının bu formalaşma prosesinə təsirini araşdırıblar.

"Çandrayaan-1"-in xəritəsini tərtib edən araşdırmada Ayın Yerə baxan səthindəki su tərkibli bölgələr Ayın Yerin maqnit qalxanından keçdiyi müxtəlif fazalarla müqayisə edilib.

Tədqiqatçılar müəyyən ediblər ki, Ay öz ətrafında tam orbitdə keçirdiyi vaxtın 27 faizi ərzində Yerin maqnit qalxanının təsiri ilə günəş küləklərindən böyük ölçüdə qorunsa da, maviyə baxan səthdə suyun əmələ gəlməsində heç bir fərq yoxdur.

Havay Universitetindən aparıcı tədqiqatçı Şuai Li, araşdırmanın nəticələrinin gələcək tədqiqatlar üçün ümidverici olduğunu deyib: "Yerin maqnit qalxanında protonlarla birbaşa əlaqəsi olmayan müxtəlif əmələgəlmə prosesləri və ya yeni su mənbələri ola bilər".

Li yeni kəşfin əvvəlki araşdırmalarla nəzərə alındığını və Yer ilə Ay arasında daha əvvəl kəşf edilməmiş əlaqələri ortaya çıxara biləcəyini vurğulayıb.

Araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu