Litva prezidenti Ukraynanı Aİ-yə 2030-cu ildə qəbul etməyə çağırıb


Litva prezidenti Gitanas Nauseda Avropa İttifaqını Ukraynanın üzvlüyü üçün 2030-cu ili hədəf tarix kimi təyin etməyə çağırıb.

AFN.az xəbər verir ki, prezidentin mətbuat xidməti açıqlamasında Nausedanın bu fikirləri “istəklilər koalisiyası” liderlərinin videokonfransı zamanı səsləndirdiyi bildirilib.

"Biz Ukraynanı danışıqlar prosesinə daxil etməli və Aİ-yə qəbul üçün konkret tarix - 2030-cu il təyin etməliyik", - deyə o vurğulayıb.

Nausedanın sözlərinə görə, danışıqlar prosesi hələ sentyabrda bərpa oluna bilər: “Bu, Ukraynanın çox ehtiyac duyduğu siqnal olardı”, - deyə o əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu