“Tovuz-Baltiya”nın vergi borcu 700 min manatı ötüb - Günel Məmmədhəsənova rəhbərlik edir

Üzümçülük və şərabçılıq sahəsində fəaliyyət göstərən “Naiqin-K Tovuz-Baltiya” şirkətinin vergi borcu artıb.
AFN.az 32gun.az-a istinadən xəbər verir ki, hazırda şirkətin borcu 745 min 333 manat 42 qəpik təşkil edir.
Şirkətin qanuni təmsilçisi və icraçı direktoru Rakif Tağıyev Musa oğludur. Təsisçi və baş direktor Naiq Məmmədhəsənov, rəhbərliyində isə onun qızı Günel Məmmədhəsənova da yer alır.
Qeyd edək ki, Günel Məmmədhəsənova “Tovuz-Baltiya” şirkətinin Fransadakı nümayəndəliyi olan “Azeri-Frans” MMC-nin baş direktorudur.
Xatırladaq ki, bir ay öncə şirkətin vergi borcu 363 min 827 manat 76 qəpik təşkil edib.