Ağ Ev: ABŞ Ukraynaya qoşun yeritməyəcək

Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi çərçivəsində ora qoşun yeritməyəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə gündəlik brifinqdə danışıb. "Amerika qoşunları Ukraynaya yerləşdirilməyəcək, lakin biz, şübhəsiz ki, Avropalı müttəfiqlərimizin koordinasiyasına kömək edə bilərik və ola bilsin ki, digər təhlükəsizlik imkanlarını təmin edə bilərik" - deyə Levitt bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, o, ABŞ administrasiyasının rəhbəri olaraq qaldığı müddətdə Ukraynada Amerika hərbçiləri olmayacaq.