ABŞ-ın demokrat senatoru Maskı amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham edir


ABŞ-ın demokrat senatoru Elissa Slotkin prezident Donald Trampın Konqresdəki çıxışına demokratların rəsmi cavabını təqdim edib.


Cavabda Demokratlar ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskı ittiham ediblər. Bildirilir ki, İlon Maskı öz “bandası” ilə ABŞ sakinlərinin şəxsi məlumatlarını araşdırır.

Tramp Konqresdə 90 dəqiqəlik çıxış edərək, 24 ildə ilk dəfə ABŞ-ın balanslaşdırılmış federal büdcəsinə nail olacağına söz verib. Tramp əlavə edib ki, o, həmçinin “parlaq, zəhmətkeş insanları” cəlb etməklə ABŞ-ın milli borcunu azaltmağa çalışmaq niyyətindədir.

"Amerikada vergi bəyannamələrini, tibbi sənədləri və bank hesablarını araşdırmaq üçün öz kompüter serverlərindən istifadə edən Elon Mask və onun iyirmi yaşlı dəstəsi ilə rahat olan kimsə varmı?" - deyə Slotkin CNBC-də yayımlanan cavab çıxışında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu