Demokratlar Maskı hədəf aldı
![](/uploads/posts/2025-02/06ffd30043_mask2.jpg)
ABŞ Nümayəndələr Palatasında Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) alt komitəsinin ilk iclasında departamentin rəhbəri İlon Mask demokratların hədəfinə çevrilib.
Respublikaçı konqresmen Marjorie Taylor Qrinenin sədrliyi ilə keçirilən dinləmədə demokratlar Maskı xərcləri azaltmaq üçün qanunu pozmaqda ittiham ediblər.
Demokrat Melani Stansböri ABŞ prezidenti Donald Tramp və Maskı ehtiyatsızcasına və qeyri-qanuni olaraq federal hökuməti dağıtmaqda, federal agentlikləri bağlamaqda, federal işçilərini ixtisar etməkdə və maliyyəni kəsməkdə ittiham edib.
Respublikaçılar isə Tramp və Maskın DOGE komandası ilə israflara qarşı çiyin-çiyinə mübarizə aparacaqlarını bildiriblər.