Almaniyanın Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb

Almaniyanın Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb. İlkin məlumata görə, bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Polis bölgədə əməliyyata başlayıb.
Polis sözçüsü Mannheim şəhərinin mərkəzində avtomobilin izdihamın üzərinə sürüldüyünü bildirib.
Hadisənin ardından başladılan əməliyyat-axtarış tədbirləri çərçivəsində bir şübhəlinin müəyyən edilərək saxlanıldığı bildirilib.
İstintaqın davam etdiyi bildirilən açıqlamada hadisənin baş verdiyi yerin təhlükəli ərazi elan edildiyi vurğulanıb və vətəndaşların ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.