Qəzzaya havadan atılan yardımın paraşütləri açılmadı - Ölən və yaralanan var


Qəzzanın şimalına havadan atılan humanitar yardım qutularını daşıyan paraşütlər açılmayıb. Bölgədə gözləyən fələstinlilərin üzərinə paraşütlərin düşməsi nəticəsində çoxlu sayda ölən və yaralanan var.



Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal verdiyi açıqlamada Qəzza zolağının şimalına yardım aparan təyyarələrin atdığı humanitar yardım qutularını daşıyan paraşütlərin açılmadığını bildirib.

Basal qeyd edib ki, qutuların ərazidə kömək gözləyən bir qrup fələstinlinin üzərinə düşməsi nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

Sözçü ölən və yaralananların sayı və yardımı yerə endirən təyyarələrin hansı ölkəyə aid olduğu barədə heç bir məlumat verməyib.

Martın 8-də Qəzza zolağında baş verən oxşar qəzada təyyarələrin atdığı humanitar yardım qutularını daşıyan paraşütlərin açılmayaraq ərazidə kömək gözləyən insanların üzərinə düşməsi nəticəsində 5 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu