ABŞ və İordaniya Qəzzanın şimalına 11500 öynəlik ərzaq yardımı göndərib


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzza zolağının şimalına 11500 yemək dəyərində humanitar yardım göndərdiklərini açıqlayıb.


Bu barədə CENTCOM-un sosial media platformasındakı hesabında məlumat verilib.

Açıqlamada Qəzzada mülki vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün hava yardımı edildiyi, ərzaq yardımının 11 min 500 yeməklə bərabər olduğu bildirilib.

Açıqlamada havadan yardım paketlərində düyü, un, makaron və konservlərin olduğu bildirilib və havadan yardımın davam edəcəyinə dair mesaj verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu