Santorini adasında fövqəladə vəziyyət elan edildi
![](/uploads/posts/2025-02/santorini-adasi-aa-2328535_1.jpg)
Yunanıstanın Mülki Müdafiə Baş Katibliyinin qərarı ilə Santorini adasında fövqəladə vəziyyət elan edilib.
Yunanıstanın dövlət televiziyası ERT-nin xəbərinə görə, Mülki Müdafiə Baş Katibliyi son günlər Egeydə intensiv seysmik fəaliyyətdən təsirlənən Santorinidə martın 1-dək fövqəladə vəziyyət elan edilməsinə qərar verib.
Digər tərəfdən, Afinadan adaya gedən ekspert qrupu binaların tədqiqinə başlayıb.
Mütəxəssislər tez-tez baş verən yeraltı təkanlar səbəbindən sürüşmə təhlükəsinə diqqət çəkərək, rayon sakinlərini diqqətli olmağı xahiş ediblər.
Bildirilib ki, Santorini 10 gün ərzində 7700-dən çox kiçik zəlzələ ilə silkələnib.
Mümkün güclü zəlzələdən qorunmaq üçün adaya əlavə əsgərlər, polis və yanğınsöndürənlər göndərilib.