Aİ supermarketlərdə tərkibində un qurdları olan məhsulların satışına icazə verir
![](/uploads/posts/2025-02/mealworm-reu-2329331_1.jpg)
Avropa İttifaqı (Aİ) Komissiyası toz halına salınmış və ultrabənövşəyi şüalarla işlənmiş un qurdu sürfələrinin qida kimi və müəyyən məhsullarda istifadə üçün bazara çıxarılmasını təsdiqləyib.
Aİ Komissiyası tərəfindən hazırlanan və ultrabənövşəyi radiasiya ilə işlənmiş un qurdu (Tenebrio molitor) sürfələrinin yeni qida olaraq bazara çıxarılmasına icazə verən tənzimləmə AB Rəsmi Jurnalında dərc olunub.
Belə ki, ultrabənövşəyi şüalarla işlənmiş un qurdu sürfələri tozu Aİ-nin yeni qidalar siyahısına əlavə edilib və fevralın 10-dan onun Aİ bazarında satışına icazə verilib.
Bu çərçivədə Fransanın “Nutri Earth” şirkəti yeni şirkət icazə alana qədər 5 il müddətində çörək, tortlar, makaron, emal olunmuş kartof məhsulları, pendir, süd məhsulları və tərkibində un qurdları olan mürəbbələri bazara çıxara biləcək.
Bu məhsulların etiketlərində ultrabənövşəyi şüalarla işlənmiş un qurdlarının sürfələri olduğu və allergik reaksiyalara səbəb ola biləcəyi açıq şəkildə göstəriləcəkdir.
Xatırladaq ki, 2023-cü ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) ultrabənövşəyi radiasiya ilə işlənmiş un qurdu sürfələri tozunun uyğun şərtlərdə və istifadə səviyyələrində təhlükəsiz olduğunu müəyyən edib və bunun çörək, tortlar, makaron, emal edilmiş kartof məhsulları, pendir, süd məhsulları və mürəbbələrə daxil edilə biləcəyini bildirib.
Qeyd edək ki, Aİ daha əvvəl müxtəlif həşəratların qidada istifadəsinə icazə vermişdi. Bu çərçivədə, dondurulmuş, qurudulmuş və ya toz halına salınmış un qurdu sürfələri, çəyirtkə və kriketlərin müəyyən miqdarda qidalara daxil edilməsinə icazə verilmişdir.