Husilərin Sənadakı hərbi obyektlərinə zərbələr endirilib

Husilərin nəzarətində olan Yəmənin paytaxtı Səna bir sıra hava hücumlarına məruz qalıb.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi bildirib.
"Şəhərdə güclü partlayış səsləri eşidilir. Səna yenidən hücuma məruz qalıb. Beynəlxalq hava limanının ərazisinə, həmçinin paytaxt daxilində və onun ətrafında yerləşən hərbi obyektlərə zərbələr endirilir", - deyə mənbə qeyd edib.