Bild: ABŞ və İngiltərə husilərə 100 raket və mərmi adıb, hava hücumları davam edə bilər


Bu gecə ABŞ və Britaniya hərbi hava qüvvələri yəmənli husilərin mövqelərinə 100-ə yaxın dəqiq idarə olunan raket və mərmi atıb. Bunlara "Tomahawk" qanadlı raketləri və hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün nəzərdə tutulmuş təyyarədən buraxılan AGM-88 HARM raketləri daxildir.


AFN.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, husilərin Qırmızı dənizdə ticarət gəmilərinin marşrutlarını izləməsinin qarşısını almaq üçün Səna hava limanında radarlar məhv edilib. Husilərin nəzarətində olan sahilyanı Hodeyda şəhəri də hücuma məruz qalıb. İrandan gətirilən silah anbarları, raketlər və pilotsuz təyyarələr məhv edilib.

ABŞ "Dwight Eisenhower" təyyarədaşıyan gəmisindən 15 F-18 döyüş təyyarəsini havaya buraxıb. RAF Kiprdəki hava bazasından havaya qalxan Eurofighter Typhoon-dan istifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu