ABŞ və Böyük Britaniya husilərin 18 hədəfini vurub


ABŞ və İngiltərənin müttəfiqlərinin dəstəyi ilə Yəməndə 8 fərqli yerdə 18 husi hədəfini vurduğu açıqlanıb.



Məsələ ilə bağlı ABŞ Müdafiə Nazirliyi tərəfindən açıqlama verilib.

Açıqlamada Yəməndə husilərin nəzarətində olan yeraltı silah anbarları, pilotsuz uçuş aparatları sistemləri, hava hücumundan müdafiə sistemləri, radarlar və vertolyotun hədəf alındığı, hücumların Husilərin qlobal ticarətə və günahsız insanlara qarşı təhdidini azaltmaq məqsədi daşıdığı bildirilib.

Hücumların Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya və Yeni Zelandiyanın dəstəyi ilə ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirildiyi bildirilib.

Yəməndə 8 fərqli yerdə həyata keçirilən hücumların 18 Husi hədəfinin vurulduğu və bunun Husilərin Qırmızı dənizdə davam edən hücumlarına cavab olaraq edildiyi irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu