Aralıq dənizində batan Rusiya gəmisinə terror hücumu həyata keçirildiyi bildirilib


TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyaya məxsus yük gəmisinin aid olduğu “Oboronlogistika” şirkətindən verilən açıqlamada Aralıq dənizində batan “Ursa Mayor” adlı yük gəmisində terror hücumu həyata keçirildiyi bildirilib.



Açıqlamada qeyd olunub ki, ekipajın açıqlamasına əsasən, dekabrın 23-də Moskva vaxtı ilə saat 13.50 radələrində gəmidə dalbadal 3 partlayış baş verib və gəmi kənara əyilərək suya batıb.

Rusiya Xarici İşlər Nazirliyinə bağlı Böhran Vəziyyətləri Mərkəzinin dekabrın 24-də verdiyi açıqlamada “Ursa Mayor” yük gəmisinin maşın otağında partlayış baş verdiyi və gəminin su götürərək batdığı bildirilib.

Gəmidə olan 16 ekipaj üzvündən 14-nün xilas edildiyi, 2 nəfərin isə itkin düşdüyü qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu