Süveyş kanalında batan yedək gəmisinin ekipaj üzvlərindən biri dünyasını dəyişib
Misirdə Süveyş kanalından keçən neft tankeri ilə toqquşaraq batan yedək gəmisinin 7 nəfərlik heyətindən biri ölüb, 6-sı isə xilas edilib.
Süveyş Kanalı Administrasiyasının prezidenti Usamə Rabi hadisə ilə bağlı televiziya kanallarına açıqlama verib. O, kanalda batan yedək gəmisinin 7 ekipaj üzvündən birinin öldüyünü, 6-nın isə xilas edildiyini bildirib.
Usamə Rabi dünən verdiyi yazılı açıqlamada, El dənizinin 51-ci kilometrində Sinqapurdan ABŞ-a gedən "Chinagas Legend" adlı Honq-Konq bayraqlı tankerlə kanal rəhbərliyinə məxsus yedək gəmisinin toqquşduğunu deyib. Yedək gəmisini kran köməyi ilə yenidən səthə çıxarmaq üçün çalışdıqlarını və 7 nəfərlik heyəti xilas etmək üçün bölgəyə dəniz xilasetmə qruplarının göndərildiyi bildirilib.
Administrasiya prezidenti 230 metr uzunluğunda, 36 metr enində və 52 min ton yükgötürmə qabiliyyətinə malik tankerin qəza ilə bağlı prosedurlar üçün Port Səid Limanında saxlanıldığı qeyd edilib.