Rusiya: Ukrayna torpaqlarımıza Qərb istehsalı olan ATACMS və "Storm Shadow" raketləri ilə hücum edib
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisində yerləşən Rostov vilayətinə Amerika istehsalı olan uzaqmənzilli Quru Taktik Raket Sistemləri (ATACMS) və "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri ilə hücum etdiyini və buna cavab verəcəklərini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, ötən gün Rostov vilayətində kimyəvi maddələr istehsal edən “Kombinat Kamenskiy” fabrikinə Ukrayna ərazisindən hücum edilib.
Açıqlamada aşağıdakılar qeyd olunub:
"Təsdiq olunmuş məlumata görə, hücumda Amerika istehsalı olan 6 ATACMS raketi və 4 "Storm Shadow" raketindən istifadə edilib. Bütün ATACMS raketləri və "Storm Shadow" raketlərindən 3-ü Rusiya hava sistemləri tərəfindən vurulub. Bir raketin düşməsi nəticəsində fabrikdəki texniki bina zədələnib.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl də Ukraynanın Rusiya ərazisindəki elementlərə ATACMS və "Storm Shadow" raketləri ilə hücum etdiyini və buna cavab olaraq Ukraynanın enerji elementlərinin yüksək dəqiqlikli silahlarla vurulduğunu açıqlamışdı.
Qeyd edək ki, ötən ay ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum etməyə icazə verib.