Almaniya İtaliyaya təzminat ödəyəcək
İtaliya məhkəməsi Almaniyanın İkinci Dünya Müharibəsi zamanı İtaliyanın Pietransieri kəndində nasist qırğınında həlak olanların yaxınlarına əlavə 4 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb.
İtaliya mətbuatında yer alan xəbərə görə, L'Aquiladaki apellyasiya məhkəməsi daha əvvəl təzminat ödənilənlər arasında yer almayanların sözügedən qırğına görə təzminat ödənilməsi ilə bağlı verdiyi şikayətlə bağlı qərar verib.
Məhkəmə Almaniyanın qətliamda yaxınlarını itirən daha 30 nəfərə 4 milyon avro təzminat ödəməsinə qərar verib.
Əvvəlki qərarda açıqlanan təzminatla ödəniləcək ümumi məbləğ 15 milyon avroya çatacaq.
Təzminatın yaxın aylarda Almaniya tərəfindən ödəniləcəyi bildirilib.
Qeyd edək ki, 1943-cü il noyabrın 21-də faşistlər L'Aquila şəhəri yaxınlığındakı Pietransieridəki Limmari meşəsində yerli əhalinin İtaliya müqavimətini dəstəklədiyi şübhəsi ilə qətliam törədiblər. Qətliamda 128 silahsız mülki vətəndaş həyatını itirib. Ölənlərdən 60-nın qadın, 34-nün 10 yaşa qədər uşaq və çoxlu sayda qoca olduğu bildirilib.