AİHM Almaniyaya təzminat cəzası verib


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Almaniyadan sığınacaq istəyən suriyalını Yunanıstana göndərərək işgəncə qadağasını pozduğuna görə 8 min avro pul cəzasına məhkum edib.



AİHM Almaniyadan Yunanıstana deportasiya edilən 1993-cü il təvəllüdlü suriyalının sözügedən iki ölkəyə müraciəti ilə bağlı qərarını açıqlayıb.

Məhkəmənin verdiyi açıqlamaya görə, AİHM onu deportasiya etməzdən əvvəl Yunanıstanda pis rəftara məruz qalmayacağına dair zəmanət vermədiyinə görə Almaniya hakimiyyətini məsuliyyətə cəlb edib.

AİHM buna görə də Almaniyanın Avropa İnsan Hüquqları Konvensiyasının (AİHM) işgəncənin qadağan edilməsi ilə bağlı 3-cü maddəsini pozduğu və təzminat səbəbiylə H.T-yə 8 min avro ödəməsi barədə qərar çıxarıb.

Məhkəmə H.T.-nin Yunanıstanda saxlanma şəraitinin AİHM-in işgəncənin qadağan edilməsi ilə bağlı 3-cü maddəsini və 5-ci maddəsinin azadlıq və təhlükəsizliklə bağlı 4-cü bəndini pozduğuna qərar verib.

AİHM-in 3-cü maddəsində deyilir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

Həmin konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində azadlıqdan məhrum edilmiş hər kəsin həbsdə saxlanmasının qanuna uyğun olub-olmamasının qısa müddətdə qərar verilməli olduğu bildirilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu