AİHM Fransanı mühakimə etdi


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sığınacaq axtaran 3 ailənin mənzil tələblərinin vaxtında yerinə yetirilməməsi ilə bağlı dünən verdiyi qərarla Fransanı günahkar bilib.


AİHM dünənki qərarında sığınacaq axtaran 3 ailənin təcili sığınacaq tələblərini nəzərə almayan Fransanın Avropa İnsan Haqları Konvensiyasının ədalətli mühakimə hüququ ilə bağlı 6-cı maddəsinin 1-ci bəndini pozduğuna qərar verib.

Məhkəmə Fransanın üç ailəyə ayrı-ayrılıqda 5 min avro və məhkəmə xərcləri üçün ümumilikdə 7150 avro ödəməli olduğuna qərar verib.

İkisi Konqolu və biri gürcü olmaqla üç ailə 2018-ci ildə sığınacaq almaq üçün Fransaya gəlib.

Xatırladaq ki, AİHM-in 2018-ci ildə qəbul etdiyi müvəqqəti qərarından sonra 3 ailənin sığınacaq tələbi yerinə yetirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu