Yeni Zelandiyada suçsuz yerə 18 il həbsdə yatan şəxsə 3 milyon dollar təzminat
Yeni Zelandiyada hökumət “qətl”ə görə 18 il məhkum həyatı yaşamış Alan Halla 3 milyon dollar təzminat ödəməyə razılaşıb.
Yeni Zelandiya radiosunun xəbərinə görə, hökumət 60 yaşlı Halldan rəsmi olaraq üzr istəyib, onun günahsız olduğunu və ona təzminat ödəyəcəyini bəyan edib.
Yeni Zelandiya Ali Məhkəməsi təxminən 40 il əvvəl baş verən hadisədə 52 yaşlı Artur İstonu qəsdən öldürməkdə təqsirli bilinən Hall haqqında hökmü ləğv edərək, bu qərarı "ədalət səhvi" kimi qiymətləndirib.
Məhkəmə Holla təqribən 3 milyon dollar təzminat ödənməsi haqda qərar çıxarıb.
1985-ci ilin oktyabrında İstonu öldürməkdə günahlandırılan və autizm spektri pozğunluğu diaqnozu qoyulan Hall 1994-cü ildə şərti azadlığa buraxılıb və 2012-ci ildə yenidən həbs edilib.
Hallın təqsirsizliyinə etiraz etdikdən sonra, Yeni Zelandiya hökuməti tərəfindən hadisəni araşdırmaq üçün təyin edilmiş təqaüdçü Ali Məhkəmə Hakimi Rodney Hansen, Hallın təqsirsizliyi barədə spekulyasiya etdi və ona təzminat ödənilməsini tövsiyə efib.
Ümumilikdə 18 il həbsdə olan Hall ötən il azadlığa çıxıb.