Gürcüstan parlamenti Kobaxidzenin rəhbərlik etdiyi hökuməti təsdiqləyib

Gürcüstan parlamentinin deputatları baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə və onun növbəti dörd il üçün proqramına etimad ifadə etmək üçün səs veriblər.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, 84 deputat hökumətə etimad göstərməyə səs verib. Layihənin əleuhinə səs verən olmayıb.
İclasda yalnız hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndələri iştirak ediblər. Müxalifət parlament seçkilərinin nəticələrini tanımır və iclaslarda iştirak etmir.