Gürcüstanın baş naziri AP-nin tənqidi qətnaməsini ədalətsiz adlandırıb


Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının siyasətini tənqid edən qətnaməsini ədalətsiz adlandırıb.


“Bu qətnamənin ədalətsizliyi çox açıq şəkildə görünür. Söhbət yenə də “Gürcü arzusu”nun nümayəndələrinin cəzalandırılmasından gedir, Milli Hərəkatın (eks-prezident Mixail Saakaşvilinin partiyası) himayəsindən gedir və bu, bu qətnamədə gedən əsas qırmızı xəttdir. Təbii ki, bu ədalətsiz sənəd əvvəlki üç qətnamə kimi dəyərsizdir və əvvəlki üç qətnamə kimi təsirsiz olacaq”, - deyə Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, qətnamənin arxasında Gürcüstanda Rusiya ilə qarşıdurmanın “ikinci cəbhəsini” açmaq istəyən qüvvələr dayanır. Onlar, Kobaxidzenin qeyd etdiyi kimi, gürcü seçicilərinə təsir etmək üçün oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi bu qətnaməni xüsusi olaraq qəbul ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu