Avropa Şurasının prezidenti Gürcüstana növbəti dəfə səfər edəcək
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel növbəti dəfə Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze "Rustavi 2" telekanalına açıqlamasında bildirib.
O bildirib ki, səfər 18-19 iyul tarixlərinə planlaşdırılıb.
İ.Kobaxidze qeyd edib ki, Ş.Mişel Gürcüstana səfəri çərçivəsində iyulun 5-də Tbilisidə baş vermiş zorakılıq aktları və bununla əlaqədar görülmüş tədbirlərlə bağlı ətraflı məlumatlandırılacaq.
Qeyd edək ki, Ş.Mişel sonuncu dəfə cari ilin aprelində Gürcüstanda səfərdə olub.(APA)