KİV: Kiyev Vaşinqtonun çağırış yaşını azaltmaq tələbinə qarşı çıxıb


Kiyev ABŞ-ın Ukrayna hakimiyyətinin hərbi xidmətə çağırış yaşını 18 yaşa endirməkdə israr etməsinə cavab olaraq Vaşinqtondan daha çox silah verməsini və mövcud Ukrayna ordusuna təlim keçməsini tələb edib.


AFN.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşr adının açıqlanmasını istəməyən amerikalı məmurdan sitat gətirir: “Ukrayna hazırda döyüş meydanındakı itkiləri əvəz etmək üçün kifayət qədər əsgəri səfərbər etmir və ya öyrətmir".

Eyni zamanda, baş nazirin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini - Ukraynanın ədliyyə naziri Olqa Stefanişina açıqlamasında respublikanın hərbi xidmətə çağırış yaşının aşağı salınmasına ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ Ukrayna briqadalarını silahla təmin etməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu