Çağırış yaşı və ordu sayı artırılır
Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi xidmət üçün orduya çağırış yaşının 18-dən 21-ə, maksimum çağırış yaşının isə 30 yaşa qaldırılmasını təklif edib.
AFN.az-ın məlumatına görə, nazir bununla bağlı kollegiya iclasında açıqlama verib.
Rusiyada çağırış yaşı 18-dən başlayır və 27-də bitir. Şoyqu “vətəndaşların xahişi ilə müqavilə əsasında hərbi xidmətə girmək və ya xidmətə başladığı ilk gündən hərbi xidmətə çağırılmaq imkanını təmin etmək” planlarını açıqlayıb. Müdafiə naziri Rusiya silahlı qüvvələrinin sayını 1,5 milyon nəfərə çatdırmağı da təklif edib.
Hazırda Rusiya ordusunda müqavilə ilə işləyən hərbçilərin sayı 695 min nəfərə qədərdir. Şoyqu bildirib ki, bu, Rusiya Federasiyasının hərbi təhlükəsizliyinin təmin edilməsi vəzifələrinin zəmanətli həlli üçün lazımdır. İndi Rusiya silahlı qüvvələrinin rəsmi sayı prezidentin fərmanına əsasən, 1 150 628 nəfər müəyyən edilib.
M.Vahidli