Norveç 2025-ci ildə Ukraynaya yardımını 2,7 milyard dollara çatdıracaq


Norveç hökuməti Ukraynaya dəstək proqramı çərçivəsində yardımı 2025-ci ildə hazırkı 2,46 milyard dollardan 2,7 milyard dollara çatdırmaq qərarına gəlib.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Norveçin baş naziri Conas Qahr Störe bildirib. O, bununla Kiyevə yardımın azaldılması ilə bağlı əvvəlki təklifdən imtina edib.

Oktyabrda sol mərkəzçi koalisiya hökuməti Ukraynaya yardımı 1,37 milyard dollar azaltmağı təklif edib, lakin müxalifət partiyaları belə bir təşəbbüsə qarşı çıxdılar. Mühafizəkarlar Ukraynaya xərclərin 4,11 milyard dollaradək artırılmasını təklif ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu