Yaponiyanın baş naziri tıxacda qaldığı üçün APEC-in ailə şəklinə qatıla bilməyib


Yaponiyanın baş naziri İşiba Şiqeru tıxacda qaldığı üçün Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) Sammitinin ailə fotosessiyasına qatıla bilməyib.



Cənubi Amerika ölkəsi Perunun paytaxtı Limada keçirilən APEC Sammitinin ailə fotosunda İşibanın yer almadığı görülüb.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa mətbuat konfransında zirvə toplantısında İşibanın ailə fotosunda yer almaması ilə bağlı sualı cavablandırıb.

O, İşibanın qəbiristanlıq ziyarətindən sonra zirvə ərazisinə qayıdarkən yol qəzası nəticəsində yaranmış tıxacda qaldığını qeyd edib.

Belə ki, Yaponiya lideri APEC liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinlə ailə şəklinə girə bilməyib.

Rəsmi Kyodo agentliyinin xəbərində İşibanın paytaxt Limanın şəhərətrafı bölgəsində yapon əsilli Perunun keçmiş prezidenti Alberto Fuximorinin məzarı üzərinə gül dəstələri qoyduğu bildirilib.

Qeyd edək ki, 1990-2000-ci illər arasında Cənubi Amerika ölkəsinin prezidenti vəzifəsində çalışmış yapon əsilli Alberto Fuximori sentyabrda 86 yaşında vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu