Tramp Putinə nə deyib?


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə keçmiş söhbətindən danışıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, keçmişdə Putinə “Ukraynanın arxasınca getsən, səni Moskvanın ortasında vuracağam” dediyini bildirib.

“Wall Street Journal”a müsahibəsində Tramp Putinin fərqli xarakter daşıdığını deyib: "Mən ona dedim: Vladimir, əgər sən Ukraynanın dalınca getsən, səni elə bərk vuracam, inanmayacaqsan. Mən səni düz Moskvanın ortasında vuracam. Biz dostuq, bunu etmək istəmirəm, amma başqa seçimim yoxdur".

Çinin Tayvana münasibəti ilə bağlı danışarkən Tramp bunu deyib: “Si Cinpinə dedim ki, Tayvana girsən, sənə vergi qoyacağam”.

ABŞ prezidenti Co Baydenin seçki günü “dinc olmaya bilər” açıqlamasına gəlincə, Tramp onun “baş verənlərdən xəbərsiz olduğunu” deyib: "O, gününün çox hissəsini yatmaqla keçirir. Əsl problem daxildəki düşməndir. Bizim çox pis, xəstə, radikal solçu çılğın insanlar var. Düşünürəm ki, Milli Qvardiya və əsgərlər lazım gəldikdə onlarla rahatlıqla mübarizə apara bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu