Nigeriyada 129 milyon insan yoxsulluq içində yaşayır


Afrika qitəsinin ən sıx məskunlaşma olan ölkəsi Nigeriyada 129 milyon insanın yoxsulluq içində yaşadığı bildirilir.


Dünya Bankının Nigeriya Ofisinin dərc etdiyi hesabatda ölkədə inflyasiyanın artmasının milyonlarla nigeriyalını aclığa məhkum etdiyi bildirilib.

Nigeriyada 129 milyon insanın yoxsulluq içində yaşadığı qeyd edilən hesabatda, iqtisadi inkişafın inflyasiya qədər sürətli olmadığı üçün yoxsulluğun sürətlə artdığı ifadə edildi.

Hesabatda ötən il ölkədə yoxsulluq içində yaşayan insanların sayının 115 milyon olduğu, yəni bu il daha 14 milyon nigeriyalının yoxsullaşdığı qeyd edilib.

Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriyada gəlir bərabərsizliyi, terror təşkilatı Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya çatmağa çalışırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu