Kristofer Kolumbun qalıqları tapılıb


İspaniyada Kristofer Kolumbun qalıqları tapılıb.



DNT testi Sevilya kilsəsində tapılan insan sümükləri üzərində 20 illik araşdırmalardan sonra Xristofor Kolumbun qalıqlarının Sevilyada tapıldığını təsdiqləyib.

Bu barədə Daily Mail (DM) məlumat yayıb.

Qeyd olunur ki, Kolumbun cəsədi bir neçə dəfə yerindən oynadılıb və bəzi ekspertlər onun Dominikan Respublikasında dəfn edildiyini iddia edib. Bununla belə, İspaniyada tapılan qalıqların tədqiqinin nəticələri onların səyyaha aid olduğunu mütləq əminliklə təsdiqləyir.

Tədqiqatçılar qrupu son 20 ildə Sevilya Katedralinin insan sümüklərinin DNT-sini Kolumbun qohumlarının və nəslinin, xüsusən də oğlu Hernandonun və qardaşı Dieqonun qalıqlarının DNT-si ilə müqayisə edib.

"Bu gün yeni texnologiyaların köməyi ilə bunu yoxlamaq mümkün oldu. Beləliklə, Sevilyadan olan qalıqların Kristofer Kolumba aid olması nəzəriyyəsi nəhayət təsdiqləndi", - araşdırmaya rəhbərlik edən məhkəmə-tibb eksperti Migel Lorente bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu