ÜST-dən vacib xəbərdarlıq: Qəzzanın şimalında demək olar ki, səhiyyə xidməti qalmayıb


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzanın şimalında demək olar ki, heç bir səhiyyə xidmətinin qalmadığını açıqlayıb.



ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus, X hesabında etdiyi paylaşımda ÜST-nin Qəzzanın şimalındakı iki missiyasının yenidən bloklandığını və girişə icazə verilmədiyini bildirib.

Qebreyesus İsrailə məcburi köçkün tələblərini dayandırmaq və xəstəxanaları qorumaq üçün də xəbərdarlıq edib. Qebreyesus həmçinin İsraili humanitar yardım missiyalarını asanlaşdırmağa çağırıb.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, ABŞ və İsveçrənin qeyri-hökumət təşkilatları da daxil olmaqla 18 beynəlxalq yardım təşkilatı birgə bəyanatda Qəzzanın şimalında artan gərginliyin humanitar fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Beynəlxalq yardım təşkilatları İsrailin fələstinliləri Qəzzanın şimalına məcburi köçürməsinin humanitar vəziyyəti daha da ağırlaşdıracağını və humanitar yardım əməliyyatlarına mane olacağını bəyan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu