Floridada 1,1 milyondan çox abonent fırtına səbəbindən elektriksiz qalıb
Florida ştatında “Milton” qasırğası səbəbindən işıqsız qalan elektrik istehlakçılarının sayı 1,1 milyonu ötüb.
“PowerOutage” monitorinq resursunun məlumatına görə, hazırda 1,12 milyon istifadəçi arasında elektrik enerjisinin kəsilməsi müşahidə olunur.
Üçüncü kateqoriyalı qasırğa yerli vaxtla saat 20:35 Siesta Key şəhəri yaxınlığında quruya çatıb. "Milton" ən azı cümə axşamı səhərə qədər güclü qalacaq. Təbii hadisə Floridanın mərkəzində həyati təhlükəsi olan fırtına dalğası, şiddətli yağış və dağıdıcı küləklərlə müşahidə edilir.
ABŞ prezidenti Co Bayden ştata yaxınlaşan qasırğa ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsinə göstəriş verib.