"Milton" qasırğası Florida sahillərini vurub


Milton qasırğası Florida sahillərini vurub. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.


Mərkəzin məlumatına görə, qasırğa ABŞ-ın Florida ştatının qərb sahillərində Siesta-Ki bölgəsində olub. Küləyin maksimal sürəti 57 m/s-ə çatır.

Bundan əvvəl Milton qasırğası Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya qədər zəifləmişdi.

Milton qasırğasının gəlməsi ilə Floridada baş verən tornadolar nəticəsində 125-ə yaxın ev dağılıb. Regional fövqəladə hallar idarəsinin rəhbəri Kevin Qutri bildirib ki, dağıdılan evlərin əksəriyyəti mobil evlər və qocalar üçün yaşayış kompleksləridir. Qutri əlavə edib ki, əsasən əhalinin ən həssas kateqoriyalarından olanların təhlükəsizliyini təmin etməyə diqqət yetirilir.

İlkin məlumatlara görə, ştatın şərq sahillərində "əhəmiyyətli tornado aktivliyi" baş verib və nəticədə strukturlara ciddi ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu