"Hilari" qasırğası 4-cü kateqoriyaya yüksəldi


Meksikanın Sakit okean sahillərində dağıdıcı olması və ABŞ-ın Kaliforniya əyalətinin cənubunda tropik fırtınaya çevrilməsi gözlənilən "Hilari" qasırğasının 4-cü kateqoriyaya yüksəldildiyi açıqlanıb.


ABŞ Milli Qasırğa Mərkəzi bildirib ki, "Hilari" qasırğası Meksika sahillərində böyüyüb və bu səhər küləyin sürəti saatda 140 milə çatıb.

Qasırğanın şənbə günü axşam saatlarında Meksikanın Aşağı Kaliforniya yarımadasına çatacağı proqnozlaşdırılır.

4-cü kateqoriyaya yüksəldilsə də, "Hilari"nin Kaliforniya əyalətinin cənubuna çatması gözlənilən bazar günü intensivliyini itirərək tropik fırtınaya çevrilməsinin gözlənildiyi bildirilib.

"Hilari"nin Kaliforniyanın cənubunda güclü külək və leysan yağışlara səbəb olacağı proqnozlaşdırılır.

Milli Meteoroloji Xidmətin məlumatına görə, 1939-cu il sentyabrın 25-dən Cənubi Kaliforniyada tropik qasırğa yaşanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu