Kays Səid 90,69 faiz səslə yenidən Tunis prezidenti seçilib
Tunisdə oktyabrın 6-da keçirilən prezident seçkilərində prezident Kays Səid 90,69 faiz səslə qalib gəlib.
Tunis Ali Seçki Şurası oktyabrın 6-da keçirilən prezident seçkilərinin ilk nəticələrini açıqlayıb.
Yüksək Seçki Şurasının sədri Faruk Buasker mətbuat konfransında Səidin 90,69 faiz səs aldığını açıqlayıb.
Bildirilib ki, digər namizədlər arasında Xalq Hərəkatının lideri Zuheyr əl-Məğzavi 1,97 faiz, siyasi həyatına 2020-ci ildə Yaşasın Tunis Partiyasından millət vəkili kimi başlayan iş adamı Ayaşi Zamal isə 7,35 faiz səs toplayıb.
Konstitusiya professoru olan Səid ilk dəfə 2019-cu ildə keçirilən seçkilərdə prezident seçilib.
Namizədlərdən biri olan Zamal “saxta bəyanat vermək” ittihamı ilə davam edən məhkəmə prosesi səbəbindən həbsxanadan seçkilərə qatılıb.
Mənbə: AA