Dominikan Respublikasında keçirilən prezident seçkilərində Abinader qalib gəlib


Karib hövzəsi ölkəsi Dominikan Respublikasında keçirilən prezident seçkilərində hazırkı prezident Luis Abinader qalib gəlib.



Qutuların 50 faizi açıldıqdan sonra əldə edilən nəticələrə görə prezident və Müasir İnqilab Partiyasının (PRM) namizədi Abinader 58,85 faiz səslə prezident seçilib.

Keçmiş prezident, Xalq Gücü (FP) namizədi Leonel Fernandez 26,9 faiz, Dominikan Azadlıq Partiyasının (PLD) namizədi, hazırkı Santyaqo meri Abel Martinez isə 10,72 faiz səs toplayıb.

Beləliklə ilk turda seçkilərdə qalib gələn Abinader 2024-2028-ci illər arasında yenidən ölkəni idarə edəcək.

Yerli KİV-in məlumatına görə, Senat və Nümayəndələr Palatasında yerlərin bölüşdürülməsində də Abinaderin partiyası çoxluq qazanıb.

Qeyd edək ki, Dominikan Respublikasında xalq dünən yeni prezidenti, Senat və Nümayəndələr Palatasının üzvlərini seçmək üçün seçkiyə gedib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu