İlham Əliyev 92.05 faiz səs toplayıb - MSK açıqladı
Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, İlham Əliyev liderdir. O, seçicilərin 92.10 faiz səsini qazanıb. İlkin nəticələrə görə, 2 milyon 497 min 542 nəfər İlham Əliyevə səs verib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,20 faiz (59 719 səs) ;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (53 986 səs) ;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,78 faiz (48 315 səs) ;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,79 (21 406 səs) ;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 (17 855 səs) ;
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,8 faiz (12 981 səs).
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu nəticələr 3531 məntəqədən daxil olub. Bu məntəqələrdə etibarlı hesab edilmiş səslərin sayı 2 milyon 711 min 804-ə bərabərdir.