Konqoda qayıq batdı: Ən azı 78 nəfər ölüb


Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində yerləşən Kivu gölündə 278 sərnişini olan qayıq batıb. Ən azı 78 nəfər ölüb.


Milli mətbuatda yer alan xəbərlərə görə, Şimali Kivu əyalətinin mərkəzi Qoma şəhərindəki Kituku limanından yola düşən həddindən artıq yüklü qayıq aşıb. Tutumundan çox sərnişin daşıdığı təxmin edilən gəmidə 78 sərnişinin cəsədi tapılıb.

Göldə axtarış-xilasetmə işlərinin davam etdiyi və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu bildirilib. Qəzanın səbəbi ilə bağlı heç bir açıqlama verilməsə də, qayığın tutumundan daha çox sərnişin və yük daşıdığı güman edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu