Si Cinpin Tayvanı "Çinin toxunulmaz ərazisi" elan etdi
Çin Kommunist Partiyasının sədri Si Cinpin demokratik Tayvanla yenidən birləşməyə nail olacağına söz verib.
AFN.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
“Tayvan Çinin toxunulmaz ərazisidir" - deyən Çin prezidenti "Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətlərə qətiyyətlə qarşı çıxmağa” çağırıb.
Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümünə həsr olunmuş təntənəli iclasda Si Cinpin çıxışında "vətənin tamamilə yenidən birləşməsinə" nail olmaq əzmini açıqlayıb.
"Bu, dönməz tendensiya, ədalət və xalqın ümumi istəyidir. Heç kim tarixin gedişatını dayandıra bilməz" - deyə o, əlavə edib.