Çin milli təhlükəsizlik sistemini modernləşdirir
Çin prezidenti Si Cinpin ölkənin milli təhlükəsizlik sistemini və potensialını modernləşdirmək üçün səylərin sürətləndirilməsinə çağırıb.
AFN.az "Sinxua"ya istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin baş katibi və Mərkəzi Hərbi Komissiyanın sədri də bu sözləri Çin Kommunist Partiyasının (ÇKP) 20-ci Mərkəzi Komitəsinin Milli Təhlükəsizlik Komissiyasının ilk iclasında deyib.
Çin Xalq Respublikasının sədri milli təhlükəsizliyin düşdüyü mürəkkəb və çətin şəraitə diqqət yetirməyə və milli təhlükəsizliyin əsas məsələlərini düzgün başa düşməyə çağırıb. O, yeni təhlükəsizlik arxitekturası ilə Çinin inkişafı üçün yeni yolu təmin etmək və milli təhlükəsizlik işində yeni yol yaratmaq üçün səy göstərməyin vacibliyindən bəhs edib.