Tayvan məsələsi Çin və ABŞ arasındakı münasibətlərdə əsas qırmızı xətdir - Si Cinpin
Tayvan məsələsi Pekin və Vaşinqton arasında münasibətlərdə keçilməsi mümkün olmayan əsas qırmızı xəttdir.
Bunu Çin prezidenti Si Cinpin ABŞ prezidenti Co Baydenlə söhbətində deyib.
Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib: “Tayvan məsələsi Çin-Amerika münasibətlərində keçilə bilməyən ilk qırmızı xəttdir. O ki qaldı Tayvanın müstəqilliyi uğrunda qüvvələrin separatçı fəaliyyətinə, eləcə də onlara göz yumması və dəstəklənməsinə, biz bununla təkcə kənardan məşğul olmayacağıq”.
O, Amerika prezidentinin ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməməsi ilə bağlı bəyanatının praktiki olaraq həyata keçiriləcəyinə ümid etdiyini bildirib