İranda Nəsrullahın öldürülməsi ilə bağlı 5 günlük matəm elan edilib


İranda Hizbullah lideri Həsən Nəsrullahın İsrailin hücumu nəticəsində həlak olması ilə əlaqədar 5 günlük milli matəm elan edilib.


İran lideri Əli Xamneyi Nəsrullahın öldürülməsi ilə bağlı yazılı açıqlama yayıb.

Xamenei açıqlamasında “müqavimət cəbhəsi”nin və Hizbullahın mühüm bir ad və lider itirdiyini ifadə edərək, “Nəsrullahın Livanda qurduğu quruluşun onun ölümü ilə daha da güclənəcəyini” müdafiə edib.

Müqavimət cəbhəsinin çökməkdə olan sionist varlığın bədəninə vurduğu zərbələr daha da sarsıdıcı olacaq”. Xamneyi açıqlamalarından istifadə edərək, Nəsrullahın “qanının hədər getməyəcəyini” vurğulayıb.

Xamenei Livan xalqına, onun hökumətinə və başda Hizbullah olmaqla “müqavimət cəbhəsi”nə başsağlığı verib və İranda 5 günlük matəm elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu