HƏMAS-dan Nəsrullah üçün başsağlığı mesajı


HƏMAS Hizbullaha rəhbəri Həsən Nəsrullahın ölümü ilə bağlı başsağlığı verib. Təşkilatdan verilən açıqlamada Nəsrullahın Fələstin xalqına və İsrailə qarşı müqavimətinə kömək edərkən öldüyü bildirilib.


Açıqlamada Livan xalqına, Hizbullaha və Livandakı müqavimət qruplarına ən səmimi başsağlığının çatdırıldığı, Nəsrullahın öldürüldüyü hücumun pisləndiyi qeyd edilib.

İsrailin hücumu ilə bütün beynəlxalq dəyərlərə, norma və konvensiyalara məhəl qoymadığı bildirilib və “Nəsrullahın qətli İsrailin vəhşiliyini bir daha sübut edən, beynəlxalq sülh və təhlükəsizliyi açıq şəkildə təhdid edən qorxaq bir terror aktıdır” - deyə vurğulanıb.

Bəyanatda HƏMAS-ın Hizbullah ilə həmrəy olduğu bildirilib, Livan və Fələstinə edilən hücumların nəticələrinə görə bütün məsuliyyətin İsrail və ABŞ-a aid olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu