İran: İsrailin xaotik planı regionda və dünyada iflasa uğrayacaq


"İsrailin regionda və dünyada xaotik planları iflasa uğrayacaq və Təl-Əviv rəhbərliyinin vəhşiliyinə qarşı müqavimət bundan sonra daha güclü şəkildə davam edəcək".


AFN.az xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif deyib. Hizbullahın baş katibi Həsən Nəsrullahın dünən İsrailin Beyruta hücumu nəticəsində həyatını itirməsi ilə bağlı açıqlamadan sonra İrandan ilk açıqlama prezidentin strateji məsələlər üzrə müavini Zərifdən gəlib.

Zərif açıqlamasında Nəsrullahı tərifləyərək Livan xalqı və hökumətinə başsağlığı verib.

İsrailin bölgə və dünya üçün təhlükə yaratdığına diqqət çəkən Zərif, “Şübhəsiz ki, İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin xaotik planı bölgədə və dünyada iflasa uğrayacaq və onların vəhşiliyinə qarşı müqavimət daha da güclənəcək" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu