İsrailin müdafiə naziri: Hizbullaha qarşı hücumları artıracağıq
İsrailin müdafiə naziri Yoav Qallant Hizbullaha qarşı hücumlarını artıracaqlarını bildirib.
“The Times of Israel”in məlumatına görə, İsrailin müdafiə naziri Yoav Qallant Safeddəki Şimal Ordu Komandanlığında məsələ ilə bağlı qiymətləndirmələr edib.
Qallantın açıqlamaları Livanın Sur şəhərinin Bazuriyə qəsəbəsinə gedən yolda bir avtomobilə İsrailin pilotsuz uçan aparatlarının hücumu nəticəsində Hizbullah üzvü Əli Əbd Həsən Nəimin öldürülməsi hadisəsinə əsaslanıb. Suriyanın Hələb vilayətindəki beynəlxalq hava limanı və müdafiə fabrikləri hədəfə alınıb. Bu, iddia edilən hücumlardan sonra baş verib.
İsrailin Hizbullaha qarşı müdafiə mövqeyinin artıq təqibə çevriləcəyini ifadə edən Qallant bildirib ki, Beyrutda, Şamda və daha uzaqlarda təşkilatın fəaliyyət göstərdiyi hər yerə çatacaqlar.
Livanda dəyən ziyana görə Hizbullahın və öldürülən üzvlərə görə Hərəkatın baş katibi Həsən Nəsrullahın məsuliyyət daşıdığını müdafiə edən Qallant, İsrail ordusunun şimalda Hizbullaha qarşı əməliyyatı genişləndirəcəyini və hücumların sürətini artıracağını qeyd edib.